“Liverpul” hücumçu Məhəmməd Salah və müdafiəçi Vircil van Deykin müqaviləsini uzatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, hər iki oyunçunun da sözləşməsi mövsüm sonu başa çatır. 32 yaşlı Salah bu mövsüm Premyer Liqada 31 matçda 27 qol vurub və 17 məhsuldar ötürmə edib. O, çempionatın bombardiridir.
33 yaşlı Van Deyk bütün yarışlarda 43 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Salah və Vircil van Deyk “Liverpul”da İngiltərə çempionu, İngiltərə kuboku, Superkubok və Çempionlar Liqasının qalibi olublar.

