AFFA 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək klublar üçün 30 milyon manat ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək. Bununla da hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib.
Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.

