Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında təsəlliverici görüşə çıxıb.
İdmanxeber.az xəbər verir ki, o, ermənistanlı David Ovasapyanla qarşılaşıb. Beka rəqibinə 2:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizəyə başlayır.

