28 İyun 2026
Ölkə futbolu

Azərbaycan kubokunun final matçı bu tarixdə keçiriləcək – SON DƏQİQƏ!

Futbol üzrə Azərbaycan kubokunun finalının vaxtı məlum olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, həlledici görüş gələn ay baş tutacaq. Final görüşü mayın 31-də oynanacaq.

Qeyd edək ki, final oyunu iyunun 1-də olmalı idi. Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatının açılışı həmin tarixə düşdüyü üçün final görüşünün vaxtı dəyişdirilib.

Qarşılaşma Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43