“Mançester Yunayted” klubunun heyətində ciddi itki baş verib.
İdmanxeber.az-ın məlumatına görə, hücumçu Coşua Zirkze sıradan çıxıb. O, “Nyukasl”la səfər matçında (1:4) əzələsindən zədə alıb. Futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Niderland millisinin üzvü “qırmızı çeytanlar”ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

