Futbol üzrə Azərbaycan kubokunun finalının vaxtı məlum olub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, həlledici görüş gələn ay baş tutacaq. Final görüşü mayın 31-də oynanacaq.
Qeyd edək ki, final oyunu iyunun 1-də olmalı idi. Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatının açılışı həmin tarixə düşdüyü üçün final görüşünün vaxtı dəyişdirilib.
Qarşılaşma Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.

