16 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: PSJ və “Barselona” yarımfinalda 

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. “Borussiya” doğma meydanda “Barselona”nı məğlub edib – 3:1. Ancaq bu hesab ev sahibinə yetməyib.

Gecənin digər oyununda “Aston Villa” isə PSJ ilə qarşılaşıb. Birmingem təmsilçisi gərgin keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gəlməyinə baxmayaraq, ilk matçdakı 1:3 hesablı məğlubiyyət Paris klubunu yarımfinala yüksəldib.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00 “Borussiya” (Dortmund)- “Barselona” 3:1 (İlk oyun – 0:4)

Qollar: S.Quirassi,11(pen), 49,76, – R.Bensabaini,54(ö.q)

23:00 “Aston Villa” – PSJ 3:2 (İlk oyun – 1:3)

Qollar: Y.Tielemans,35, J.Mcqin,55, E.Konsa,58, – A.Hakimi,11, N.Mendes,28


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43