16 İyul 2026
Dünya futbolu

ABŞ-dən Kevin de Bruyneyə təklif var

“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin De Bruyne ilk rəsmi təklifini alıb.

İdmanxeber.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi ABŞ klubu “Çikaqo Fayr”in maraq dairəsindədir. MLS təmsilçisi 33 yaşlı futbolçunu heyətində görmək istəyir. 

Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Belçika millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində meydana çıxdığı 33 rəsmi oyunda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43