21 İyul 2026
Ölkə futbolu

Qurban Qurbanov: “Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik”

“İlk növbədə azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Çoxdandır bu stadiondakı çempionat oyunlarımızda belə ab-hava olmurdu. Futbolçularıma yaxşı motivasiya verdilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Komandamı təbrik edirəm. Bu gün çox istəkli idilər. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. “Neftçi”yə uğurlar arzu edirəm. 

İstərdim ki, öz oyunumuzda çempionluq əldə edək. Çempionluğu növbəti turda təmin etməyi arzulayardım, nəinki sabah “Zirə”nin xal itirməsinə ümid etmək. İstənilən halda, hər çempionluq bir təəssürat, bir inam, bir özgüvən verir. Yenə deyirəm, növbəti oyunumuzda çempionluğu əldə etməyi istərdim. 
Kuboka qədər bir neçə gün vaxt var. Futbolçulara əsasən bərpa lazım olacaq. Bir tam məşq keçə biləcəyik. Amma yaxşı hazırlaşacağıq”.   


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43