08 İyul 2026
Kateqoriyasız

Ayxan Abbasov milli üçün oyunçu axtarır – FOTOLAR

Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasov Əvəzedicilər Liqasının “Zirə-2” – “Sumqayıt -2” matçını izləyib.

İdmanxeber.az xəbər verir ki, o, görüşə Binə qəsəbə stadionundan baxıb. Qarşılaşmada “Zirə-2” 2:1 hesablı qələbə qazanıb. A.Abbasov matç ərzində bəzi futbolçularla bağlı qeydlər aparıb.

Qeyd edək ki, A.Abbasov bu ilin fevral ayında U-21-ə baş məşqçi təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43