11 İyul 2026
Ölkə futbolu

“Kəpəz” – “Zirə” matçına doğru: bir tərəf rahatdı, digər tərəf tədirgin

Misli Premyer Liqasının XXXIII turunda “Zirə” səfərdə “Kəpəz”lə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə klubu görüşə itkilərlə çıxacaq. Zədəli Hacıağa Hacılı, David Volkov, Yusuf Laval və Fuad Bayramov bu matçda iştirak edə bilməyəcək. Komandada cəzalı futbolçu yoxdur.

“Kəpəz” isə oyuna tam heyətlə çıxacaq. Gəncə təmsilçisinin heyətində cəzalı və zədəli oyunçu yoxdur.

“Kəpəz” – “Zirə” görüşü bu axşam saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43