08 İyul 2026
Dünya futbolu

“Real” Vinisiusla müqavilə uzadır

“Real”ın hücumçusu Vinisius “ağ-qaralar”la müqaviləsini uzatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, sözləşmə 2030-cu ilə qədər qüvvədə olacaq. 24 yaşlı futbolçunun maaşı vergilərdən sonra illik 20 milyon avrodur. Bonuslarla bu məbləğ 30 milyona yüksələ bilər.

Vinisiusun Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyi bildirilib. Səudiyyəlilər ona 1 milyard avro dəyərində 5 illik müqavilə təklif etmişdilər. 

Braziliyalı 2018-ci ildən “Real”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43