05 İyun 2026
Dünya futbolu

“Yuventus” Konteni qaytarmaq istəyir

“Napoli”nin baş məşqçisi Antonio Konte bu yay “Yuventus”a qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubu mart ayından komandanı çalışdıran İqor Tudora əvəzləyici axtarır. “Yuventus” hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədər olan mütəxəssislə sözləşmə uzatmağı planlaşdırmır.

36 turdan sonra “Yuventus” 64 xalla A Seriyasının turnir cədvəlində 4-cü yerdədir.

Konte bundan əvvəl 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb. Onunla turinlilər 3 dəfə İtaliya çempionu, iki dəfə İtaliya Superkubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43