05 İyun 2026
Dünya futbolu

David De Xea karyerasını Türkiyədə davam etdirə bilər

“Fiorentina”nın qapıçısı David De Xea karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Fənərbağça” maraqlıdır. De Xeanın “Fiorentina” ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunadək qüvvədədir. O, azad agent kimi İstanbul klubuna keçə bilər.

O, cari mövsümdə İtaliya çempionatında 33 oyun keçirib, 34 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43