“Real” “Benfika”nın müdafiəçisi Alvaro Karrerasın transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun qiyməti 50 milyon avrodur. Madrid təmsilçisi bu məbləğin çox olduğunu düşünür.
Onun keçmiş klubu “Mançester Yunayted” dekabrın 31-dək Karrerası 18 milyon avroya almaqda prioritet hüququnu özündə saxlayır. Lakin oyunçu özü İngiltərəyə qayıtmaq istəmədiyini açıqlayıb.

