“Barselona”nın hücumçusu Ferran Torres üçün mövsüm başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun zədəsi ciddidir. 25 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edib 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Hans-Diter Flikin komandası bu gün “Espanyol”a qalib gəlsə, La Liqada çempionluğunu vaxtından əvvəl rəsmiləşdirəcək.

