29 İyun 2026
Ölkə futbolu

“Sabah” finala vəsiqə qazandı

U-15 Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib. “ASK Arena”nın ehtiyat meydançasında “Sabah” “Neftçi” ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, oyun bu komandalar arasında keçirilmiş ilk görüş kimi qolsuz bərabərliklə başa çatıb. Əlavə vaxtı da 0:0 nəticələnən qarşılaşmanın penaltilər seriyasında 4:2 hesabıyla qalib gələn “Sabah” finala vəsiqə qazanıb.

Baş məşqçi Şahin Zeynalovun çalışdırdığı komanda həlledici oyunda “Qarabağ” – “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43