14 İyul 2026
Kateqoriyasız

II liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı

Azərbaycan 2-ci liqasında “Ayın qolu” layihəsinin qalibi – “Füzuli” futbol klubunun üzvü Elgün Abbaslı mükafatlandırılıb.

İdmanxeber.az xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun “Lerik”lə oyunundan əvvəl təqdim olunub.

Ona mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43