16 İyun 2026
Ölkə futbolu

“Sabah” çempion oldu

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, çempionun adına XXXVI turda aydınlıq gəlib. “Sabah”ın U-19 komandası bu tur səfərdə “Zirə” ilə üz-üzə gəlib. Binə qəsəbə stadionunda keçirilən matç birincilərin böyükhesablı qələbəsi ilə nəticələnib – 4:0.

“Sabah”ın qollarını Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.

Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43