05 İyun 2026
Ölkə futbolu

Vüsalın komandası Super Liqaya çıxa bilmədi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Super Liqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.

İdmanxeber.az xəbər verir ki, komanda pley-offun yarımfinalının cavab matçında “Bamdırmaspor”un qonağı olub.

İlk oyunda 4:1 hesablı qələbəyə sevinmiş “Bandırmaspor” bu dəfə 1:0 hesabıyla qalib gələrək pley-offun finalına yüksəlib. Bu komanda finalda “Karagümrük”lə qarşılaşacaq.

Vüsal cavab oyununun 72-ci dəqiqəsində meydana daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43