05 İyun 2026
Ölkə futbolu

Qurbanov qaydaları bilmir? – FOTO 

Misli Premyer Liqasının 36-cı turunda “Neftçi” səfərdə “Sabah”a məğlub olub – 0:1.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ikincisi hissəsində “ağ-qaralar”ın oyunçusu Edvin Kuç birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Ancaq qarşılaşmanın baş hakimi Tural Qurbanov futbolçu paltardəyişmə otağına yollanmadan oyunu yenidən başladıb.

Halbuki qaydalara görə, qırmızı vərəqə alan futbolçu mütləq meydanı və texniki zonanı tam tərk etməlidir. O, birbaşa paltardəyişmə otağına yollanmalıdır və  meydanı tərk etmədən oyun yenidən başlaya bilməz. Əks halda isə bu, qayda pozuntusu sayılır.

Ancaq Qurbanov bu qaydaya məhəl qoymayıb. O, Kuçun paltardəyişmə otağına yollanmasını gözləmədən matçı yenidən başladıb.

Fərid Nəsibov 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43