28 İyun 2026
Ölkə futbolu

“Kəpəz” 40-cı böyükhesablı məğlubiyyətini aldı

“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib.

Gəncə təmsilçisi “Turan Tovuz”la Qərb derbisində 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.

İlk belə məğlubiyyət 1995/1996 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da, “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb.

“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43