19 İyun 2026
Ölkə futbolu

“Araz Naxçıvan” Türkiyədə 4 oyun keçirəcək

Misli Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” klubunun 2025/2026 mövsümü üçün hazırlıq planı dəqiqləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yollanacaq. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu planlaşdırılıb.

Yoldaşlıq görüşləri üçün rəqiblər və tarixlər hələ müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43