14 İyun 2026
Dünya futbolu

Osimhen 120 milyonluq təklifə nə cavab verəcək?

Nigeriyalı hücumçu Viktor Osimhen daha bir klubun maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Səudiyyə Ərəbistanına yollana bilər. “Əl-Hilal” nigeriyalı forvardın xidmətində maraqlıdır.

Ərəblər Osimhenə 3 illik müqavilə üçün 120 milyon avro maaş  təklif edib. 26 yaşlı hücumçu hələ ki qərarını verməyib.

Xatırladaq ki, oyunçu müqavilə ilə “Napoli”yə məxsusdur. O, mövsümü icarə əsasında “Qalatasaray”da keçirib.

Ulduz futbolçu Türkiyə klubunda 40 rəsmi matçda 36 qol və 8 məhsuldar ötürmə ilə  yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43