14 İyul 2026
Ölkə futbolu Premyer Liqa

SON DƏQİQƏ! Milli üzvü də “Neftçi”dən getdi – DƏQİQLƏŞDİ!

Yeni mövsümə daha iddialı hazırlaşan “Neftçi”də növbəti ayrılıq yaşanıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın futbolçusu Höccət Haqverdi komandadan ayrılıb.

Paytaxt klubu Azərbaycan millisinin də şərəfini qoruyan müdafiəçiyə yeni sözləşmə təklif etməyib. 

Məşqçilər korpusunun “qara siyahı”sında olan Höccətin yeni mövsümdən başqa komandada top qovacağı dəqiqləşib.

Ökəmizdə ilk klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43