21 İyun 2026
Ölkə futbolu

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43