“Zirə”nin hücumçusu Davit Volkov yoxlama matçları üçün Gürcüstan milli komandasına çağırılıb.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu bu günə qədər millinin heyətində 5 oyuna 2 qol vurub. Sonrakı illərdə isə Volkov ölkəsinin əsas komandasından kənarda qalmışdı.
Gürcüstan millisi iyunun 5-də Farer adaları, 8-də isə Kabo-Verde yığması ilə yoldaşlıq oyunu keçirəcək.

