“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço klubdan ayrılmaq istədiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Qarnaço “Çelsi” klubuna transfer olunmaqda israrlıdır.
20 yaşlı futbolçu Premyer Liqada qalmaq istədiyindən, “Napoli”nin təklifini rədd edib.
Qeyd edək ki, argentinalı futbolçu çıxış etdiyi 58 matçda 11 qol, 10 asistlə yadda qalıb.
Fərid Nəsibov

