14 İyul 2026
Dünya futbolu

Ulduz futbolçu ərəblərin təklifini geri çevirdi

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş Səudiyyə Ərəbistanı klubunun təklifini qəbul etməyib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı oyunçu bir müddət idi “Əl-Hilal”ın maraq dairəsində yer alırdı. Səudiyyə Ərəbistanı klubu portuqaliyalının maaşını 4 dəfə artırmağa və futbolçu üçün 100 milyon funt-sterlinq ödəməyə razı idi.

Ancaq Fernandeş Avropada qalmaq istəyib. O, 2024/2025 mövsümündə 57 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43