14 İyul 2026
Ölkə futbolu

“Kəpəz”in akademiyasına seçimlər başlayır

“Kəpəz” Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə başlayır.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisi 7-12 yaş arası (2013-2018-ci il təvəllüdlü) uşaqları seleksiya məşqlərinə dəvət edir. Seçimlər iyunun 8-i və 9-u tarixlərində olacaq. 

Seleksiya prosesi klubun Məşq Mərkəzində keçiriləcək və saat 10:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur. 

Əlaqə nömrəsi: 050 330 37 06


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43