İngiltərə Premyer Liqasında növbəti mövsümdən istifadə olunacaq toplar təqdim edilib.
İdmanxeber.az-ın məlumatına görə, toplar Almaniyanın idman brendi “Puma”ya məxsusdur. Bundan öncəki mövsümlərdə istifadə olunan top “Nike” şirkətinə aid idi.
Toplar ilk dəfə bu ilin iyulunda Premyer Liqa klublarının ABŞ turunda istifadə ediləcək.

