14 İyul 2026
İdman

İki boksçumuz antidopinq qaydalarını pozduğu üçün cəzalandı

Azərbaycan boksçuları Ömər Aslanlı və Məsud Yusifzadə antidopinq qaydalarını pozduqlarını üçün cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24 ay müddətinə diskvalifikasiya edilib.

M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43