08 İyul 2026
Dünya futbolu

“Liverpul” yeni transferə hazırlaşır

“Bornmut”un müdafiəçisi Miloş Kerkez “Liverpul”a keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar 21 yaşlı macarın transferi ilə bağlı danışıqların növbəti mərhələsini keçirəcək. Tərəflər keçən həftə şəxsi şərtləri razılaşdırdıqdan sonra işlərini yekunlaşdırırlar.

Ötən mövsüm Kerkez 41 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalı müdafiəçinin transfer dəyərini 45 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43