09 İyul 2026
İdman

Azərbaycan millisinin rəqibləri bəlli oldu

Basketbolun 3×3 növü üzrə kişi və qadınlardan ibarət Azərbaycan millisinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, kişilərdən ibarət yığma B qrupunda Kosovo və Malta seçmələri ilə, qadınlar isə B qrupunda Kosovo yığması ilə üz-üzə gələcək.

Kişi komandası qrupda ilk oyununu iyunun 7-də, Bakı vaxtı ilə saat 21:45-də Maltaya, ikinci matçını isə bir gün sonra saat 23:35-də Kosovo yığmasına qarşı keçirəcək.

Qızların isə qrupdakı yeganə görüşü iyunun 8-də, saat 23:10-da Kosovo seçməsi ilə olacaq.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak hüququ qazanacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43