09 İyul 2026
Dünya futbolu

“Yuventus” futbolçusu ilə yollarını ayırdı

“Yuventus” futbolçusu Renato Veyqanla bağlı qərarını verdi.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə yollarını ayırıb. Turin klubu icarəyə götürdüyü Renatonun birdəfəlik transferindən imtina edib.

21 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdıb.

Veyqa ötən mövsüm 33 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43