08 İyul 2026
Dünya futbolu

“Qalatasaray” ingiltərəli futbolçunu istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” ingiltərəli futbolçu ilə maraqlanır. Lakin yarımmüdafiəçinin yüksək maaşı səbəbindən bu kluba keçidi baş tutmaya bilər.

“Çelsi”də icarə əsasında çıxış edən Sanço son mövsümdə 41 matçda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43