06 İyun 2026
Ölkə futbolu

“Araz Naxçıvan”ın futbolçusu oynadı, komandası uduzdu

Moldova milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

İdmanxeber.az xəbər verir ki, Sergey Kleşenkonun rəhbərlik etdiyi kollektiv səfərdə Polşanın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Moldova millisinin formasını geyinən Kristian Avram (“Araz-Naxçıvan”) bu oyunun iştirakçısı olub. 30 yaşlı qolkiper matça start heyətində başlayıb və 90 dəqiqə  meydanda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43