17 İyul 2026
Dünya futbolu

19 yaşlı futbolçu “Çelsi”də

“Strasburq”un müdafiəçisi Mamadu Sarr “Çelsi”nin futbolçusu olub.
İdmanxeber.az xəbər verir ki, 19 yaşlı fransızla 8 mövsümlük – 2033-cü ilin yayına qədər müqavilə imzalanıb. Sarr 2024-cü ilin yayından “Strasburq”da çıxış edir. O, 28 oyun keçirib və bir məhsuldar ötürmə edib.
Bundan əvvəl müdafiəçi “Lion” və Belçikanın “Molenbeek” komandalarında çıxış edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43