03 İyul 2026
Dünya futbolu

“Barselona”nın qapıçısı İtaliya klubuna keçir

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu A Seriyasının aparıcı klublarından birinə keçə bilər. 33 yaşlı qolkiperin xidmətində “Milan” klubu maraqlıdır.

“Barselona” rəhbərliyi Ter Ştegeni artıq əsas planlara daxil etmir və onunla yolları ayırmaq niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43