06 İyun 2026
Dünya futbolu

Klublararası Dünya Çempionatı Azərbaycanda canlı yayımlanacaq 

Klublararası Dünya Çempionatı turnirini Azərbaycanda canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər yarışı “Azad Azərbaycan” (ATV) telekanalı vasitəsilə izləyə biləcəklər. 

Xatırladaq ki, turnir bu ayın 15-dən, iyulun 13-dək davam edəcək. Dünya çempionatı Amerikada keçiriləcək. Turnirdə 8 qrupa bölünməklə 32 komanda iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43