29 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Sabah”ın yeni baş məşqçisi bəlli oldu 

“Sabah”ın yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, klub rəhbərliyi litvalı mütəxəssis Valdas Dambrauskas ilə razılığa gəlib. Hazırda tərəflər arasında xırda detallar müzakirə edilir.

Əgər bir problem yaranmasa, 48 yaşlı mütəxəssis bir neçə gün sonra komanda ilə birlikdə yay toplanışı üçün Avstriyaya yollanacaq.

Xatırladaq ki, “Sabah” ayın 21-də sözügedən ölkədə təlim-məşq toplanışına start verəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43