“Qalatasaray”ın futbolçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Komo” hücumçunun xidmətində maraqlıdır. 32 yaşlı hücumçu artıq İtaliya klubuna razılığını verib.
Morata “Qalatasaray”dan ayrılacaq. İspaniyalı müqavilə ilə “Milan” klubuna məxsusdur.
Alvaro Morata bu ilin fevralında “Milan”dan “Qalatasaray”a icarə əsasında keçmişdi.

