Premyer Liqada çıxış edəcək “İmişli”nin Azər Salahlı ilə maraqlandığını xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib. Bölgə təmsilçisi futbolçu ilə ortaq məxrəcə gəlib.
Artıq imzalanacaq müqavilənin detalları da bəlidir. “İmişli” təcrübəli müdafiəçi ilə 1+1 illik sözləşmə bağlayacaq. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Xatırladaq ki, Azər Salahlı ötən mövsümü “Neftçi”də keçirib. Onunla yayda başa çatan müqavilə yenilənməyib.

