08 İyul 2026
Ölkə futbolu

“Sabah” – “Sele” matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində baş tutacaq “Sabah” – “Sele” (Sloveniya) matçının hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Samat Terqeussizov və Sergey Klaçyov kömək edəcək.

“Sabah” “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43