09 İyul 2026
Ölkə futbolu

“Kəpəz” üç futbolçusu ilə yolları ayırdı

“Kəpəz” klubu üç futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.

Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. “Kəpəz”də iki mövsüm keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.

Gəncə təmsilçisində icarə əsasında çıxış etmiş və iki mövsüm keçirmiş Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43