09 İyul 2026
Ölkə futbolu

“Neftçi”də yeni müqavilə

“Neftçi” ilə İtaliyanın məşhur brendi “Kappa” idman geyim malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.

İdmanxeber.az xəbər verir ki, anlaşmanın müddəti 2 ildir.

Razılaşmaya əsasən, “Kappa” “Neftçi” PFK-nın əsas komandası üçün 3 eksklüziv dizaynlı oyun forması, həmçinin məşq və nümayiş dəstləri hazırlayacaq.

Bundan əlavə, əsas, əvəzedici, qadın və akademiya komandaları “Kappa” istehsalı olan geyim dəstləri ilə təchiz diləcək.

Tezliklə klubun “Neftçi Arena”dakı fan mağazasında bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43