09 İyul 2026
Ölkə futbolu

Azər Salahlının yeni komandası bəlli oldu – RƏSMİ

Premyer Liqaya vəsiqə qazanan “İmişli” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi “Neftçi”dən ayrılan Azər Salahlını rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının sabiq üzvü ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43