PSJ-nin yarımmüdafiəçisi Renato Sançes komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu klubun gələcək planlarına daxil deyil.
Son mövsümü icarə əsasında “Benfika”da keçirən Sançes özü də getmək istəyir.
Onun Paris klubu ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.

