“Qalatasaray” sabiq futbolçusu Saşa Boyu transfer etməyə çalışır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Bavariya” ilə danışıq aparır. Saşa karyerasını Fransada davam etdirmək istəsə də, Münhen klubu oyunçunun xidmətində maraqlı olan “Marsel”lə anlaşa bilməyib.
Qeyd edək ki, “sarı-qırmızılılar” müdafiəçini icarə əsasında heyətinə qatmağı planlaşdırır.

