Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” səfərdə “Çelye”nin qonağı olub. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Cavab matçında da təmsilçimiz eyni hesabla qalib gələrək və oyunu əlavə vaxta apardı. Ancaq daha sonra bir qol buraxan “Sabah” Avropa Liqası ilə vidalaşıb.
Azərbaycan klubu yoluna Konfrans Liqasında davam edəcək və “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
17 iyul
UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
22:00.“Çelye” (Sloveniya) – “Sabah” (Azərbaycan) 3:3
Qollar: Coy-Lens Mikels, 9 (0:1), Kovaçeviç, 19 – pen. (1:1), Vuklişeviç, 49 (2:1), Coy-Lens Mikels, 63 (2:2), 66 (2:3), Nikitoa Losifov, 108 (3:3)
İlk oyun – 3:2
H akimlər: Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)
“Selye” stadionu

